MULTIMEDIYA
|
|
“AVTOMOTORS” Məhdud Məsuliyyətli Cəmiyyəti
Məqsədi
«Avtomotors» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2005-ci ilin oktyabrından fəaliyyət göstərir. Müəssisənin yaradılmasında məqsəd son illər ərzində sənaye potensialının əhəmiyyətli dərəcədə yüksəlməsi, yeni infrastrukturun formalaşması və inşaat işlərinin böyük vüsət alması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının beynəlxalq standartlara cavab verən müasir texnologiyaya malik ağır texnikaya olan yüksək tələbatının operativ şəkildə və zəmanətlə təmin edilməsidir.
Vəzifəsi
“Avtomotors” MMC-nin əsas vəzifəsi, Azərbaycan Respublikasında müxtəlif növ yük avtomobillərinin, yol inşaat texnikalarının, stasionar və mobil beton pompalarının, beton və mobil beton zavodlarının, qoşqu və yarımqoşquların satışı, onlara zəmanət və texniki servis xidmətlərinin göstərilməsi və öz alıcılarını yüksək keyfiyyətli ehtiyat hissələri ilə təchiz etməkdən ibarətdir.
Satış, zəmanət və servis
“AVTOMOTORS” MMC öz mallarının satışını ən ucuz qiymətlərlə nəğd və köçürmə yolu ilə, eləcə də uzunmüddətli kredit və lizinq şərtləri ilə həyata keçirir. Şirkətin texniki şöbəsi aşağıdakı servis xidmətlərini yerinə yetirir:
Şirkət tərəfindən satılmış hər bir texnika və avadanlığa 1 (bir) il zəmanət verilir. Həmçinin müştərilər istehsalçı zavod tərəfindən təqdim edilmiş orijinal ehtiyat hissələri ilə təhciz olunur. Servis şöbəsinin çilingər və mühəndisləri xaricdə təcrübə keçmiş mütəxəssislərdir. Bu isə Şirkət tərəfindən müştərilərə 24 saat operativ, yüksək keyfiyyət və eyni zamanda orijinal ehtiyyat hissələri ilə servis xidmətləri göstərmək imkanı verir. Bundan əlavə, Şirkət sifariş əsasında Putzmeister, Göker, Klein, Cifa, Elba, Hanwoo, Samsung, mobil və stasionar beton pompalarını orijinal ehtiyat hissələri ilə təmin edir.
Təchizatçılarımız:
- “JUNJIN” Europe (Cənubi Koreya)
- “HOWO” (Çin)
- “KOMATSU” (Yaponiya)
- Şandonq “LG” yol tikinti texnikası istehsalı zavodu (Çin)
- “ZOOMLION” Heavy Industry & Science (Çin)
- “HIDROMEK” (Türkiyə)
- “FUSHUN” Ağır tonnajlı tırtıllı kranlar (Çin)
- “CASE” Construcion (ABŞ)
- “COMANSA” Constucciones Metalicas S.A. (İspaniya)
- “KAMAZ” ATSC (Rusiya)
- “Kurqandormaş” ASC (Rusiya)
|